...

AİB enerji istehsalı effektliyinin artırılmasında Özbəkistana yardım göstərməyə hazırdır - AİB ölkə üzrə direktoru

İqtisadiyyat Materials 5 May 2025 11:40 (UTC +04:00)
AİB enerji istehsalı effektliyinin artırılmasında Özbəkistana yardım göstərməyə hazırdır - AİB ölkə üzrə direktoru
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan. Trend:

Asiya İnkişaf Bankı enerji istehsalı effektliyinin artırılmasında Özbəkistana yardım göstərməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə AİB-nin Özbəkistan üzrə direktoru Kanokpan Lao-Araya bankın Milanda keçirilən İllik iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Əgər Özbəkistanda qaz və elektrik enerjisi tariflərinin artırılmasından danışsaq, tarif artımı enerji istehsalının dayanıqlılığından asılıdır. Bizim fikrimizcə, problemlərdən biri enerji itkisi ilə bağlıdır. AİB olaraq biz hökumətə istehsalın effektivliyinin artırılması və itkilərin azaldılması sahəsində kömək etməyə hazırıq. Bu isə öz növbəsində istehlakçıların üzərinə düşən yükü azaltmış olacaq", – deyə o bildirib.

Lao-Araya qeyd edib ki, hazırda tariflərin artırılması zəruridir, çünki enerji istehsalının maya dəyəri mövcud tarifləri üstələyir.

"Əgər bu fərq aradan qaldırılmasa, o zaman dövlət istehsal xərclərini subsidiyalaşdırmağa məcbur olur. Bu mümkündür, lakin uzunmüddətli dövrdə dayanıqlı deyil. Biz hökumətə texniki yardım və qrantlar vasitəsilə dəstək göstərə bilərik — yeni texnologiyaların tətbiqi ilə itkiləri azaltmaq olar. Lakin eyni zamanda, Özbəkistan vətəndaşları anlamalıdırlar ki, tarif artımları real maya dəyərinə uyğun olmalıdır", – deyə o vurğulayıb.

AİB-in Özbəkistandakı nümayəndəliyinin rəhbəri əlavə edib ki, qarşıdakı üç il ərzində və gələcəkdə də bank hökumətə bərpa olunan enerji sahəsindəki investisiyalarda dəstəyini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti