...

Asiya İnkişaf Bankı inklüziv və dayanıqlı inkişafda mühüm rol oynayır - Sercio Mattarella

İqtisadiyyat Materials 5 May 2025 14:21 (UTC +04:00)
Asiya İnkişaf Bankı inklüziv və dayanıqlı inkişafda mühüm rol oynayır - Sercio Mattarella
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan.Trend:

Asiya İnkişaf Bankı inklüziv və dayanıqlı inkişafda mühüm rol oynayır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə İtaliya prezidenti Sercio Mattarellanın bu gün AİB-nin Milanda keçən İdarə heyəti şurasının iclasının açılış mərasiminin iştirakçılarına ünvanlanmış bəyanatında deyilir.

“İlk dəfə İtaliyada keçirilən Asiya İnkişaf Bankının 58-ci illik iclasının iştirakçılarını salamlayıram. Beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi bizim ölkənin Konstitusiya xartiyasında təsbit olunmuş bir hədəfdir və onu müvafiq sahənin inklüziv və dayanıqlı inkişafında vacib rol oynayan strateji maliyyə institutu - Asiya İnkişaf Bankı kimi çoxtərəfli orqanlar təşviq edən zaman bu onu daha qiymətli edir.

Mattarella bildirib ki, beynəlxalq ictimaiyyət müxtəlif qitələrdə çoxsaylı problemlərlə iqlim dəyişikliyi ilə mübarizə, böhranların və yoxsulluğun səbəblərinin aradan qaldırılması, bərabərsizliklə mübarizə və s.problemlərlə üz-üzə qalıb.

“Asiya bankı bu problemlərin həlli üçün özünü effektiv alət kimi sübuta yetirib. Şübhəsiz ki, Milan ittifaqı faydalı nəticələrə nail olacaq”, - bəyanatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti