...

AİB kredit məhdudiyyətlərini aradan qaldırmaq üçün nizamnaməyə dəyişiklik edir - Masato Kanda

İqtisadiyyat Materials 5 May 2025 23:19 (UTC +04:00)
AİB kredit məhdudiyyətlərini aradan qaldırmaq üçün nizamnaməyə dəyişiklik edir - Masato Kanda
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) kreditləşmə həcmləri üzrə mövcud məhdudiyyəti aradan qaldırmaq üçün yarandığı gündən bəri ilk dəfə öz nizamnaməsinə dəyişiklik edir.

Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bu barədə AİB prezidenti Masato Kanda idarəçilərin işgüzar sessiyasında bildirib.

O vurğulayıb ki, bu addım bankın prioritet fəaliyyət sahələrini mümkün qədər effektiv və səmərəli şəkildə dəstəkləməsi üçün zəruridir.

"AİB insan resurslarının idarə edilməsinin optimallaşdırılmasına, prosedurların sadələşdirilməsinə və büdcə səmərəliliyinin artırılmasına yönəlmiş islahatları davam etdirəcək. Biz həmçinin müştərilərimizə daha uyğunlaşdırılmış və effektiv həllər təqdim etmək üçün işi qeyri-mərkəzləşdirərək əməliyyat çevikliyini təşviq edirik. Gələcəkdə kredit imkanlarının genişləndirilməsi və bankın maliyyə dayanıqlığının təmin edilməsi üçün əlavə tədbirlər həyata keçirəcəyik", - deyə M.Kanada qeyd edib.

Onun sözlərinə görə, AİB davamlılıq və uyğunlaşma, özəl sektorun inkişafı, regional əməkdaşlıq və rəqəmsal transformasiyaya diqqət yetirməklə əməliyyatların həcmini artırmaq niyyətindədir.

"Bu prioritetlər regionun ən aktual və mürəkkəb inkişaf çağırışlarını əks etdirir. Maliyyələşdirməmiz, mütəxəssis biliklərimiz və məsləhət dəstəyimiz iş yerlərinin yaradılması və insan inkişafı vasitəsilə artıma təkan verəcək", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti