...

AİB Orta Dəhlizin inkişafı strategiyasını hazırlayır - Ləzizə Sabirova

İqtisadiyyat Materials 6 May 2025 19:33 (UTC +04:00)
AİB Orta Dəhlizin inkişafı strategiyasını hazırlayır - Ləzizə Sabirova
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan. Trend:

Asiya İnkişaf Bankı (AİB) Orta Dəhlizin inkişafı strategiyasını hazırlayır.

Trend-in Milana ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Asiya İnkişaf Bankının (AİB) 58-ci İllik Toplantısı çərçivəsində keçirilən brifinqdə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin Regional Əməkdaşlıq və Əməliyyatlar üzrə Koordinasiya şöbəsinin direktoru Ləzizə Sabirova deyib.

"Biz Orta Dəhliz boyunca müştəri əlaqələrinin inkişafını dəstəkləyirik. Hazırda bu marşrutun inkişafı strategiyası üzərində işləyirik. Biz şirkətlərlə bu irimiqyaslı layihəni həyata keçirməyə kömək etmək üçün investisiyalarımızı birləşdirməyə çalışırıq", - o deyib.

Sabirova qeyd edib ki, dəhlizin böyük potensialı var, lakin hələ də reallaşdırılmayıb.

"Orta Dəhliz qeyri-enerji ticarətinin potensial həcminin cəmi 10%-nə xidmət edir ki, bu da, təbii ki, yüksək rəqəm adlandırıla bilməz. Potensial var, lakin hələ reallaşdırılmayıb və biz bu istiqamətdə ölkələrimizə kömək etməyə başlamışıq. Bu, transformasiya fürsətidir. Bu miqyasda, xarakterdə və təsirdə olan layihələr tez-tez görünmür", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti