...

Orta Dəhliz sürətlə ənənəvi ticarət yollarının alternativinə çevrilir - Stef Qoris

İqtisadiyyat Materials 14 May 2025 11:04 (UTC +04:00)
Orta Dəhliz sürətlə ənənəvi ticarət yollarının alternativinə çevrilir  - Stef Qoris
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz sürətlə ənənəvi ticarət marşrutlarının həyati əhəmiyyətli alternativinə çevrilir.

Trend xəbər verir ki, bunu Belçika-Azərbaycan Ticarət Palatasının sədri Stef Qoris Brüsseldə biznes tədbirində çıxışı zamanı deyib.

“Azərbaycan – nəyə can atdığını dəqiq bilən ölkədir: o, regional logistik qovşaq, enerj keçidinin, yüksək texnologiyalı istehsalın və beynəlxalq investisiyaların mərkəzi olmaq istəyir. Ölkənin bu hədəflərə çatmaq üçün coğrafi üstünlükləri var. Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı, Çinlə Uzaq Şərqi birləşdirən yeganə - bunu xüsusi vurğulayıram – həyati əhəmiyyətli quru dəhlizdir. Orta Dəhliz kimi tanınan bu marşrut sürətlə ənənəvi ticarət yollarının alternativinə çevrilir”, - deyə o bildirib.

Qoris qeyd edib ki, geosiyasi qeyri-müəyyənlik, dəniz nəqliyyat zəncirlərinin pozulması və regional şaxələndirməyə can atıldığı bir şəraitdə bu Şərq-Qərb dəhlizi sabitlik, təhlükəsizlik və strateji əhatə imkanı təklif edir.

“Bu prosesin mərkəzində isə Azərbaycan durur. Avropa biznesi, xüsusilə də Belçika üçün bu, sadəcə bir fürsət deyil. Bu, Antverpendən Almatıya, Lyejdən Lianyunqana qədər uzanan yeni logistika və sənaye arteriyasının formalaşmasına töhfə vermək üçün bir dəvətdir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən və Asiyanı Avropa ilə birləşdirən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq hissələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən daha uzun dəniz yollarından yan keçən quru yoludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti