...

Azərbaycan neftinin bu günə olan qiyməti açıqlanıb

İqtisadiyyat Materials 15 May 2025 09:26 (UTC +04:00)
Azərbaycan neftinin bu günə olan qiyməti açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,13 ABŞ dolları və ya 0,19% artaraq, 68,35 dollar/barel təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,12 dollar və ya 0,18% bahalaşaraq 67,05 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,18 dollar və ya 0,34% azalaraq, 53,29 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,14 dollar və ya 0,21% ucuzlaşaraq, 65,94 dollar/barel təşkil edib.

Mayın 15-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xəbər lenti

Xəbər lenti