...

Albaniya SOCAR-la Korçanın qazlaşdırılması layihəsinin icrasının ilkin mərhələsini başa çatdırıb - Nazir müavini

İqtisadiyyat Materials 15 May 2025 22:04 (UTC +04:00)
Albaniya SOCAR-la Korçanın qazlaşdırılması layihəsinin icrasının ilkin mərhələsini başa çatdırıb - Nazir müavini
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tirana. Trend:

Albaniyanın infrastruktur və energetika nazirinin müavini Şeno Klosi SOCAR-ın iştirakı ilə həyata keçirilən Korca şəhərinin qazlaşdırılması layihəsinin ilkin mərhələsinin başa çatmaq üzrə olduğunu bildirib.

Trend-in cümə axşamı verdiyi məlumata görə, bunu Albaniyanın infrastruktur və energetika nazirinin müavini Şeno Klosi mayın 16-da Tiranada keçiriləcək Avropa Siyasi Birliyinin VI Sammiti ərəfəsində jurnalistlərə deyib.

“Biz həm də Albaniyada enerji ixrac edə bilən ölkə olmaq və deyək ki, bərpa olunan enerji sahəsində regionda lider olmaq üçün enerji sektorunda çox iddialı strategiya həyata keçirmək istəyirik. Amma bayaq dediyim kimi, qazsız bu mümkün deyil. Məhz buna görə də sizin şirkətiniz olan SOCAR-ın iştirakı ilə biz bu layihəyə sərmayə qoymağa başlamaq üçün konkret addımlara keçməzdən əvvəl, deyək ki, layihənin ilkin mərhələsini – biznes planı hazırlayırıq”, deyə Şeno Klosi bildirib.

Nazir müavini qeyd edib ki, Korca şəhərinin qazlaşdırılması ilə bağlı bu layihə birbaşa bərpa olunan enerji mənbələri ilə bağlı deyil, lakin bu, ölkəyə qazdan istifadə üçün böyük potensial verir.

“Bu, Albaniya ilə Azərbaycan arasında qabaqcıl mərhələdə olan ilk əməkdaşlıqdır. Bundan sonra biz artıq iki ölkənin enerji sektorunda malik olduqları potensial və təcrübə mübadiləsinə əsaslanan digər layihələr üçün imkanlara baxırıq.

Artıq dediyim kimi, Azərbaycan da hazırda bərpa olunan enerji sektorunu çox sürətlə inkişaf etdirir. Albaniyada bərpa olunan enerji əsasən hidroenergetikaya əsaslanır. Amma bizim nasos stansiyaları, günəş panelləri, külək stansiyaları ilə bağlı mühüm layihələrimiz də var. İndi isə biz bu sahədə bilik və təcrübəmizi genişləndirmək üçün bu layihələrdən istifadə edirik. Çünki, artıq qeyd etdiyim kimi, bərpa olunan enerji gələcəkdir, lakin onu idarə etmək çətindir və ona görə də iki ölkənin təcrübə mübadiləsi aparması çox faydalıdır”, – deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti