...

Bu il dövlət büdcəsindən müxtəlif xəstəliklərin müalicəsinə 303 milyon manat ayrılacaq

İqtisadiyyat Materials 19 May 2025 11:29 (UTC +04:00)
Bu il dövlət büdcəsindən müxtəlif xəstəliklərin müalicəsinə 303 milyon manat ayrılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Azərbaycanda dövlət büdcəsindən müxtəlif xəstəliklərin müalicəsinə 303,4 milyon manat vəsait sərf olunacaq.

Bu barədə Trend Maliyyə Nazirliyə istinadən xəbər verir.

Belə ki, ayrılacaq vəsaitin 65,9 milyon manatı şəkərli diabet xəstəliyi üzrə tədbirlərə, 57,5 milyon manatı onkoloji xəstəliklər üzrə mübarizə tədbirlərinə, 50,9 milyon manatı qanın bədxassəli və irsi xəstəlikləri ilə mübarizə və təşkili tədbirlərinə, 46 milyon manatı xroniki böyrək çatışmazlığı üzrə mübarizə tədbirlərinə, 28,8 milyon manatı yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramına, 16,3 milyon manatı hemofiliya xəstəliyi üzrə mübarizə tədbirlərinə, 10,1 milyon manatı qanın, qan komponentlərinin donorluğunun inkişafı, qan xidmətinin təşkilinə, 7,5 milyon manatı dağınıq skleroz xəstəliyinin müalicəsinə, 6,4 milyon manatı insan immunçatışmazlığı virusu / qazanılmış immunçatışmazlığı sindromu (İİV/QİÇS) ilə mübarizə tədbirlərinə, 6 milyon manatı ixtiyoz və kəpənək xəstəliyinə qarşı mübarizə tədbirlərinə, 5 milyon manatı ana və uşaqların sağlamlığının yaxşılaşdırılması tədbirlərinə, 2,4 milyon manatı vərəmlə mübarizə tədbirlərinə, 0,6 milyon manatı uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirlərinə xərclənəcək.

Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 993,6 milyon manat vəsait nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti