...

2050-ci ilə qədər planetin gənclərinin üçdə bir hissəsi İslam İnkişaf Bankına (IsDB) üzv ölkələrində cəmləşəcək - IsDB vitse-prezidenti

İqtisadiyyat Materials 19 May 2025 14:47 (UTC +04:00)
2050-ci ilə qədər planetin gənclərinin üçdə bir hissəsi İslam İnkişaf Bankına (IsDB) üzv ölkələrində cəmləşəcək - IsDB vitse-prezidenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

2050-ci ilə qədər planetin gənclərinin üçdə bir hissəsi İslam İnkişaf Bankına (IsDB) üzv ölkələrində cəmləşəcək.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu İslam İnkişaf Bankının əməliyyatlar üzrə vitse-prezidenti Rami Əhməd İslam İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Əlcəzairdə keçirilən 13-cü Gənclərin İnkişaf Forumunda etdiyi çıxış zamanı deyib.

“İcazə verin, aşkar bir həqiqəti etiraf etməklə başlayım: biz dərin qlobal keçid dövründə yaşayırıq. Dövrümüz, şübhəsiz, qeyri-müəyyənliklə səciyyələnsə də, bu, yekun nəticələri müəyyənləşdirməməlidir. Qeyri-müəyyənlik son durum deyil, o dəyişikliklərin mümkün və zəruri olduğuna işarə edən bir həddir”, – o deyib.

Rami Əhməd vurğulayıb ki, bu dəyişən qlobal kontekstdə gənclər təkcə dəyişikliyə reaksiya vermir, onun hərəkətverici qüvvəsi rolunu oynayır.

“Bu, xüsusilə təşkilatımızın 57 üzv ölkəsində aydın görünür; orada dünyanın bütün gənclərinin təxminən 30 faizi yaşayır. 2050-ci ilə qədər planet gəncliyinin üçdə biri İslam İnkişaf Bankına üzv ölkələrdə cəmləşəcək. Bu, sadəcə demoqrafik tendensiya deyil – strateji dönüş nöqtəsidir. Bu gün təhsil, məşğulluq və iqtisadi inklüzivlik sahələrində verdiyimiz qərarlar cəmiyyətlərimizin rəqabət qabiliyyətini, həmrəyliyini və sabitliyini gələcək nəsillər üçün müəyyən edəcək”, – bankın vitse-prezidenti bildirib.

O əlavə edib ki, cari forumun mövzusu – “Gənclərin məşğulluğunu artırmaq üçün gələcəyin bacarıqları və həlləri” – məhz bu strateji vəzifəyə cavab verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti