...

Əlcəzairin təhsil naziri süni intellekt dövründə gənclərin üzləşdiyi çağırışlardan danışdı

İqtisadiyyat Materials 19 May 2025 16:08 (UTC +04:00)
Əlcəzairin təhsil naziri süni intellekt dövründə gənclərin üzləşdiyi çağırışlardan danışdı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Bu gün gənclərin hazırlığı barədə köklü şəkildə yenidən düşünmək lazımdır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Əlcəzairin peşəkar tədris və təhsil naziri Yasin Əl-Mehdi Valid İslam İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Əlcəzairdə keçirilən 13-cü Gənclərin İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bəzi ölkələrdə gənclər arasında işsizlik 30 faizi ötür və ən acınacaqlısı odur ki, əmək qabiliyyətli yaşda olan beş gəncdən üçü uzunmüddətli işsizliklə üzləşir və ya ixtisaslarına uyğun gəlməyən, qeyri-sabit və aşağı maaşlı işlərdə çalışmaq məcburiyyətində qalır.

“Bu rəqəmlər taleyin hökmü deyil; hamımız üçün tədris metodlarını, peşə hazırlığı sistemlərini və məşğulluq strategiyalarını yenidən nəzərdən keçirməyə çağırışdır”, – deyə o vurğulayıb.

Yasin Əl-Mehdi Valid sürətli texnoloji dəyişikliklərin, xüsusən də süni intellektin (Sİ) və böyük həcmli verilənlərin əmək bazarına təsiri ilə bağlı çağırışlara diqqət çəkib. Onun sözlərinə görə, süni intellekt 2030-cu ilədək Şimali Afrika və Yaxın Şərq regionlarına təxminən 320 milyard ABŞ dolları həcmində iqtisadi effekt gətirə bilər.

“Bu gün gənclərin hazırlığını köklü şəkildə yenidən düşünməliyik, – deyə nazir əlavə edib. – Kanadada yaxınlarda bir tikinti şirkəti inşaat meydançasına “Biz süni intellekt dövründə yaşayırıq” yazılı lövhə asdı – bu isə ənənəvi sayılan bacarıqlarla yeni şəraitdə uğur qazanmaq üçün gərəkən bacarıqlar arasında dərin uçurum yaradır”.

Sonda o bildirib: “Bəs biz bu çağırışlara necə hazırlaşmalıyıq? Cavab sadədir – bacarıqlar, bacarıqlar və yenə də bacarıqlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti