...

"GlobE Network" beynəlxalq korrupsiyaya qarşı əməkdaşlığı gücləndirir - Ekspert

İqtisadiyyat Materials 20 May 2025 16:18 (UTC +04:00)
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

“GlobE Network” müxtəlif ölkələrin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük önəm kəsb edir.

Trend xəbər verir ki, bunu Müstəqil Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin nümayəndəsi Pao Çi Xo Lau BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin Bakıda keçirilən VI plenar iclası çərçivəsində deyib.

“GlobE Network”də iştirakımız korrupsiyaya qarşı strukturlar arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımdır. Biz bu qlobal təşəbbüsün bir hissəsi olmaqdan məmnunuq. Hesab edirik ki, platforma hüquq-mühafizə orqanları arasında birbaşa əlaqələrin qurulmasında mühüm rol oynayır. Belə bir struktur olmasaydı, beynəlxalq əməkdaşlıq, şübhəsiz ki, daha az effektiv olardı”, - deyə o vurğulayıb.

Pao Çi Xo Lau qarşılıqlı fəaliyyətin təhlükəsizliyini və məxfiliyini təmin edən Qorunan rabitə Platformasının əhəmiyyətini vurğulayıb.

“Biz tam olaraq bu sistemə güvənirik: o, təhlükəsizdir, şifrlənib və etibarlıdır. Onun bütün komponentlərinin sabit və effektiv şəkildə fəaliyyət göstərməsi çox vacibdir”.

Onun sözlərinə görə, “GlobE Network”da iştirak yalnız fayda almaqla məhdudlaşmır:

"Bizim üçün bu, təkcə şəbəkənin üstünlüklərindən istifadə etmək imkanı deyil, həm də onun inkişafına töhfədir. Biz təcrübə və bilikləri bölüşməyə çalışırıq ki, platforma daim inkişaf etsin və daha da effektiv olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti