...

İranın Azərbaycana qeyri-neft məhsulları ixracı azalıb

İqtisadiyyat Materials 21 May 2025 20:18 (UTC +04:00)
İranın Azərbaycana qeyri-neft məhsulları ixracı azalıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 1-ci ayında (21 mart -20 aprel 2025) İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən İran ilinin analoji ayı ilə (20 mart -19 aprel 2024) müqayisədə dəyər baxımından 6,3%, çəki baxımından 19,6% azalıb.

Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.

Statistikaya əsasən, 1-ci ayda İranın Azərbaycana qeyri-neft məhsul ixracı 32,6 milyon dollar, çəki baxımından 50,9 min ton təşkil edib.

Statistikada bildirilir ki, ötən ilin analoji ayında İranın Azərbaycana qeyri-neft məhsul ixracı təxminən 34,8 milyon dollar, çəki baxımından 63,4 min ton təşkil edib.

Statistikada deyilir ki, İran Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.

Statistikaya görə, 1-ci ayda İranın Azərbaycanla ticarət dövriyəsi 32,7 milyon dollar dəyərində təxminən 51 min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji ayı ilə müqayisədə dəyər baxımından 6,16%, çəki baxımından 19,6% azalıb.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının hesabatına əsasən, 1-ci ayda İran 2,94 milyard dollar dəyərində 8,95 milyon ton qeyri-neft məhsulları ixrac edib. İranın qeyri-neft məhsul ixracı ötən ilin analoji ayı ilə müqayisədə dəyər baxımından 8%, çəki baxımından 8,3% azalıb.

Xəbər lenti

Xəbər lenti