Bakı. Trend:
"Bitkoin"in qiyməti 110 min dolları keçərək tarixi maksimumu yeniləyib.
Trend-in məlumatına görə, bu barədə "Binance" ticarət platformasından məlumat verilib.
Məlumata əsasən, kriptovalyuta 110 min dollar həddini (+3,65 faiz) keçib.
Daha sonra "Bitkoin" artım sürətini azaldaraq 109,6 min dollar (+2,59%) səviyyəsində olub.