...

“Azərişıq” ASC süni intellektin tətbiqi ilə bağlı araşdırmalar aparır

İqtisadiyyat Materials 22 May 2025 16:10 (UTC +04:00)
“Azərişıq” ASC süni intellektin tətbiqi ilə bağlı araşdırmalar aparır
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

“Azərişıq” ASC süni intellektin tətbiqi ilə bağlı araşdırmalar aparır.

Trend-in yerli müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.

O bildirib ki, "Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində süni intellektin tətbiqi ilə bağlı araşdırmalar aparılır.

"Biz artıq rəqəmsallaşma, innovativ texnologiyaların tətbiqi istiqamətində müəyyən mənada süni intellekt komponentlərindən istifadə edirik. Amma bu, hələ ki tədqiqat səviyyəsindədir. Bu, konkret layihə səviyyəsində çatdıqda bu barədə ictimaiyyətə məlumat veriləcək", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti