...

Mərkəzi Bank ötən il kommunal xidmətlərə 74 min manat xərcləyib

İqtisadiyyat Materials 23 May 2025 11:56 (UTC +04:00)
Mərkəzi Bank ötən il kommunal xidmətlərə 74 min manat xərcləyib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) kommunal xidmətlər üzrə xərclərinin həcmi 74 min manat olub.

Trend bu barədə AMB-ə istinadən xəbər verir.

Bu göstərici əvvəlki illə müqayisədə 7 min manat və ya 10,4% çoxdur.

Belə ki, 2023-cü ildə AMB-nin kommunal xidmətlər üzrə xərclərinin həcmi 67 min manat olmuşdu.

Qeyd edək ki, ötən il AMB-nin inzibati və sair əməliyyat xərclərinin ümumi həcmi 111,3 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti