...

Ötən il təhsil xərcləri ÜDM-in 3,5 faizini təşkil edib

İqtisadiyyat Materials 27 May 2025 10:00 (UTC +04:00)
Ötən il təhsil xərcləri ÜDM-in 3,5 faizini təşkil edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin dövlət büdcəsində təhsil xərclərinə 4,6 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 4,4 milyard manat məbləğində vəsait istifadə olunub ki, bu da proqnoza nisbətən 160,3 milyon manat və ya 3,5 faiz az, 2023-cü illə müqayisədə isə 265,2 milyon manat və ya 6,4 faiz çoxdur.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Məlumata örə, hesabat ilində təhsil xərcləri ümumi daxili məhsulun (ÜDM) 3,5 faizini (2023-cü illə müqayisədə 0,1 faiz-bənd çox), dövlət büdcəsi xərclərinin isə 11,6 faizini (2023-cü illə müqayisədə 0,3 faiz-bənd çox) təşkil edib.

2024-cü il dövlət büdcəsindən funksional təsnifata uyğun olaraq elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə üst-üstə sifarişçi təşkilatların xərc sifarişlərinə əsasən 11064,1 milyon manat məbləğində vəsait sərf edilib.

Dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış 471,3 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə dövlət büdcəsi xərclərinin 30,6 faizi həcmində və ya 11,5 milyard manat məbləğində vəsait sərf olunub ki, bu da 2023-cü illə müqayisədə 259,4 milyon manat və ya 2,3 faiz çoxdur.

2024-cü ildə elm xərcləri üzrə aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 197,2 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da proqnoza nisbətən 38,9 milyon manat və ya 16,5 faiz az, 2023-cü illə müqayisədə isə 3,6 milyon manat və ya 1,9 faiz çoxdur.

Hesabat ilində elm xərcləri ÜDM-in 0,2 faizini, dövlət büdcəsi xərclərinin isə 0,5 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti