...

Naxçıvan MR Nazirlər Kabineti yeni avtomobillər alır - 200 min manat xərclənəcək

İqtisadiyyat Materials 28 May 2025 09:13 (UTC +04:00)
Naxçıvan MR Nazirlər Kabineti yeni avtomobillər alır - 200 min manat xərclənəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni xidməti minik avtomobilləri sifariş edəcək.

Trend-in məlumatına görə, artıq bununla bağlı müvafiq işlərə başlanılıb.

Belə ki, sifariş ediləcək 3 ədəd hibrid mühərrikli avtomobilin 2024-cü il istehsallı olması əsas şərtlərdəndir.

Nazirlər Kabineti hazırda avtomobilləri təhvil verəcək şirkəti müəyyənləşdirməkdir.

Eyni zamanda, Nazirlər Kabineti avtomobillərin satın alınmasının 203,6 min manata başa gələcəyini proqnozlaşdırıb.

Xəbər lenti

Xəbər lenti