Bakı. Trend:
Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gömrük idarələri rəhbərlərinin 10-cu iclası başlayıb.
Bu barədə Trend İranın Gömrük Administrasiyasına istinadən məlumat verib.
Məlumata görə, iclasda İran, Türkiyə, Türkmənistan, Tacikistan, Azərbaycan və Pakistan gömrük idarələrinin rəhbərləri və Beynəlxalq Yol Tranzit Birliyinin (The International Road Transport Union) yüksək səviyyəli heyət iştirak edir. Qazaxıstan, Qırğızıstan və Özbəkistan gömrük idarələri rəhbərləri isə iclasa video-formatda qoşulub.
Qeyd edək ki, Pakistan, Türkiyə, İran, Əfqanıstan, Tacikistan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan İqtisadi Əməkdaşlıq Təşkilatının 10 üzvüdür.
Əlavə edək ki, ötən İran ilində (20 mart 2024 -20 mart 2025) İranın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrlə ticarət dövriyyəsi 27,6 milyard dollar dəyərində 36,2 milyon ton təşkil edib.