...

Vergi Xidməti ƏDV ilə bağlı məsələyə aydınlıq gətirdi

İqtisadiyyat Materials 9 İyun 2025 10:43 (UTC +04:00)
Vergi Xidməti ƏDV ilə bağlı məsələyə aydınlıq gətirdi
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Son zamanlar istehlakçılar tərəfindən onlara kassa çeklərinin təqdim edilməməsi ilə bağlı müraciətlər daxil olur.

Bu barədə Trend-ə Dövlət Vergi Xidmətinin idarə rəisi Zaur Seyidov deyib.

O qeyd edib ki, həmin müraciətlərin araşdırılması zamanı aparılmış təhlillərə əsasən müəyyən edilib ki, satıcı tərəfindən vətəndaşlara kassa çekləri vətəndaşlara təqdim olunmur, onların özləri tərəfindən portala daxil edilir.

"Bu da haqlı olaraq istehlakçıların narazılığına səbəb olur. Bu kimi oxşar əməliyyatların qarşısını almaq məqsədilə araşdırma aparılır, vətəndaşların məlumatlandırılması həyata keçirilir. Zəruri hallarda həmin şəxslərlə görüş keçirilir və səbəblər izah olunur. Burada məqsəd ƏDV geri al məqsədləri üçün istehlakçının ailə üzvlərinə təqdim edilməməsindən getmir, bu istehlakçının şəxsi hüququdur.

Burada məsələ kassa çekinin vətəndaşlara təqdim edilməməsidir. Yəni malların vətəndaşlara təqdim edilməsi zamanı birmənalı olaraq kassa çeki vətəndaşlara təqdim edilməlidir. Bundan sonra istehlakçı bu kassa çekindən faydalanmaq üzvlərinə, yaxınlarına təqdim edə bilər", - deyə Z.Seyidov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti