...

bp ölkədə sosial investisiya layihəsinin tamamlandığını elan edib

İqtisadiyyat Materials 10 İyun 2025 15:15 (UTC +04:00)
bp ölkədə sosial investisiya layihəsinin tamamlandığını elan edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

bp Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından ölkədə qabaqcıl rəqəmsal transformasiya səylərini dəstəkləyən bir sosial investisiya layihəsinin uğurla tamamlandığını elan edib.

Trend xəbər verir ki, layihədə məqsəd Azərbaycan Mediasiya Şurasının xidmətlərini təkmilləşdirlmək üçün yeni rəqəmsal platformanın yaradılması idi. Bu təşəbbüs ölkə üzrə mediasiya xidmətlərindən istifadə imkanlarının və bu xidmətlərin səmərəliliyinin artırılması səylərinə əhəmiyyətli töhfədir.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti, Bəxtiyar Aslanbəyli dedi: “Azərbaycan üçün nisbətən yeni olan bu sahənin inkişafına töhfə verən bu layihəni dəstəkləməkdən məmnunuq. Mediasiya Şurasının müraciətləri indiyədək əl ilə idarə etməsi tez-tez gecikmələrə və istifadəçilər arasında narazılığa səbəb olurdu. Artan tələbatı və müasirləşmə ehtiyacını nəzərə alaraq, tərəfdaşlarımızla birlikdə, biz mediasiya prosesinin bütün mərhələlərini sadələşdirən və rəqəmsallaşdıran əhatəli onlayn platformanın yaradılmasına dəstək verdik. İnanırıq ki, ictimai xidmətlərə əsl səmərəlilik və innovasiya gətirən bu layihə Azərbaycanın ədliyyə sisteminin rəqəmsal transformasiyasına mühüm töhfədir”.

Yeni istifadəyə verilmiş platformada mediasiya xidmətlərinin ümumi idarəçiliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıran geniş çeşidli rəqəmsal funksiyalar təqdim edilib. Yeni platformanın əsas üstünlüklərinə daxildir:

  • İctimai istifadə imkanlarının təkmilləşdirilməsi: vətəndaşlar və hüquqi şəxslər artıq mediasiya xidmətlərindən daha sürətli və rahat istifadə edə bilərlər.
  • İş səmərəliliyinin artırılması: Mediasiya Şurası indi daha çox müraciətə baxa və dövlət müəssisələrindən tələb olunan sənədləri real vaxt rejimində əldə edə bilər.

Səkkiz ay davam etmiş bu layihənin ümumi dəyəri 126880 AZN-dir (74635 ABŞ dolları). Bu məbləğə avadanlıqların alınması və quraşdırılması, İT infrastrukturunun, proqram təminatının hazırlanması, portalın yaradılması və yeni platformanın səmərəli istifadəsinin təmin olunması üçün işçi heyətinə təlim keçilməsi daxildir.

Layihə Azərbaycan Mediasiya Şurası tərəfindən həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti