...

İpoteka kreditlərinin 78 faizi Bakı şəhərinin payına düşür - Nazir

İqtisadiyyat Materials 13 İyun 2025 13:02 (UTC +04:00)
İpoteka kreditlərinin 78 faizi Bakı şəhərinin payına düşür - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İpoteka kreditlərinin 78 faizi Bakı şəhərinin, 22 faizi isə respublikanın digər şəhər və rayonlarının payına düşüb.

Trend xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir vurğulayıb ki, regionlarda fəaliyyət göstərən əhalinin ipoteka krediti vasitəsilə yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi qaydada məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin də ipoteka kreditinə çıxış imkanları yaradılıb.

"Eyni zamanda əhalinin elektron ipoteka sistemi vasitəsilə müvafiq müraciətləri əsasında müvəkkil banklar tərəfindən ipoteka kreditləri verilir. Bu zaman ipoteka krediti vasitəsilə alınacaq yaşayış sahəsinin yerləşməsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti