Bakı. Trend:
Ötən ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) özəl səhm fondlarına investisiyaları 3,804 milyard manat olub.
Trend bu barədə Fonddan məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 668 milyon manat və ya 21,3% çoxdur. Belə ki, 2023-cü ilin sonuna bu məbləğ 3,136 milyard manat olmuşdu.
Qeyd edək ki, ARDNF neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. Fond büdcədənkənar, ayrıca dövlət təsisatıdır.