Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (BVF) mövcud əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Beynəlxalq Valyuta
Fondunun (International Monetary Fund) Azərbaycan üzrə missiya
rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul
edib.
Görüş zamanı qlobal iqtisadi trendlər, inflyasiya gözləntiləri, pul
siyasətinin ötürücülüyü, banklararası bazarın inkişafı, həmçinin
maliyyə sektorunun sabitliyi və dayanıqlılığı ilə bağlı fikir
mübadiləsi aparılıb.
Eyni zamanda görüşdə BVF ilə mövcud əməkdaşlığın dərinləşdirilməsi
və gələcək potensial əməkdaşlıq imkanları da müzakirə olunub.