Bakı. Trend:
Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, abadlıq işləri mərhələli şəkildə davam etdirilməkdədir.
Trend-in məlumatına görə, bu işlərin davamı kimi Xocalı şəhərinin ikinci mərhələdə sahədaxili mühəndis kommunikasiyalarının, yol-küçə şəbəkəsinin, bulvar ərazisinin abadlıq-yaşıllaşdırma işləri aparılacaq.
Məlumata əsasən, həmçinin, şəhərdə 37 fərdi yaşayış evinin təmir-bərpa işlərinin layihələndirilməsi işləri də həyata keçiriləcək.
Belə ki, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu tərəfindən artıq bununla bağlı müvafiq işlərə start verib.
Fond sözügedən işlərin icrasını Bakı Dövlət Layihə İnstitutuna həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, instituta 650 min manat ödənilib.
Qeyd olunan işlərin gələn ilin may ayınadək yekunlaşdırılması nəzərdə tutulur.