...

Mərkəzi Bank inflyasiyanı artıra biləcək əsas daxili risk faktorunu açıqladı

İqtisadiyyat Materials 23 İyul 2025 10:08 (UTC +04:00)
Mərkəzi Bank inflyasiyanı artıra biləcək əsas daxili risk faktorunu açıqladı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqdadır.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bnakına istinadən xəbər verir.

Bildirililib ki, bu şəraitdə inflyasiyanın xarici risk faktoru kimi idxal inflyasiyası hesab olunur:

"Bu amil isə bir tərəfdən ticarət tərəfdaşlarında inflyasiyadan, digər tərəfdən isə nominal effektiv məzənnənin dinamikasından asılıdır. İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Bu baxımdan ortamüddətli perspektivdə dövlət xərclərinin və istehlak kreditlərinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılmalıdır".

Qeyd edilib ki, baza ssenarisinə əsasən, 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır:

"Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilir. Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti