Bakı. Trend:
Cari əməliyyatlar balansının (CƏB) profisitini bu ilin sonuna 3,6 milyard dollar ətrafında proqnozlaşdırırıq.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2026-cı ilin sonuna cari əməliyyatlar balansının profisiti 3,5 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır: “Bundan başqa, həm bu ilin, həm də gələn ilin sonuna neftin qiymətinin 65 dollar ətrafında proqnozlaşdırılmasına baxmayaraq, CƏB-in profisiti kifayət qədər yüksəkdir”.
Həmçinin, T.Kazımov qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə pul bazarında olan əməliyyatların həcmində 25%, say üzrə 66% artım qeydə alınıb.