...

Neft və qazın qiymətləri üzrə proqnozlar yenilənib

İqtisadiyyat Materials 23 İyul 2025 11:34 (UTC +04:00)
Neft və qazın qiymətləri üzrə proqnozlar yenilənib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin sonuna neftin bir barelinin orta qiymətini 68,6 dollar səviyyəsində proqnozlaşdırırıq.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, həmin dövrə qazın ixrac olunmuş min kubmetrinin qiyməti 299 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.

"2026-cı il üzrə isə neftin bir barelinin orta qiymətinin 64,6 ABŞ dolları səviyyəsində olacağını gözləyirik.

Eyni dövrdə qazın ixrac olunmuş min kubmetrinin qiymətini 290 dollar səviyyəsində olacağı gözlənilir", - deyə sədr vurğulayıb.

Xəbər lenti

Xəbər lenti