Bakı. Trend:
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 3,718 milyard ABŞ dolları məbləğində vəsait satıb.
Trend bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% və ya 294,7 milyon ABŞ dolları çoxdur.
Belə ki, ötən ilin birinci yarısında ARDNF 3,423 milyard ABŞ dolları valyuta satışı həyata keçirmişdi.