...

Depozit portfelinin həcminə görə bankların renkinqi

İqtisadiyyat Materials 23 İyul 2025 17:00 (UTC +04:00)
Depozit portfelinin həcminə görə bankların renkinqi
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların depozit portfelinin həcmi açıqlanıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, depozit portfelinin həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın depozit portfelinin həcmi 9,477 milyard manat təşkil edib.

İkinci sırada 9,068 milyard manat depozit portfeli ilə "Kapital Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 6,708 milyard manat depozit portfeli ilə "PAŞA Bank" qərarlaşıb.

Depozit portfelinin həcmi ən az olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın depozit portfelinin həcmi 36,167 milyon manat təşkil edib.

Banklar Depozit portfeli (Min manat)
1 Kapital Bank 9 477 352,00
2 ABB 9 068 190,42
3 PAŞA Bank 6 707 850,00
4 Xalq Bank 1 835 384,48
5 Bank Respublika 1 429 680,60
6 UniBank 1 245 193,46
7 AzərTürk Bank 1 144 650,00
8 AccessBank 1 066 909,00
9 YeloBank 948 384,92
10 RabitəBank 689 686,89
11 Bank of Baku 661 375,26
12 ZiraatBank 566 711,17
13 Azərbaycan Sənaye Bankı 490 693,03
14 Turan Bank 466 904,00
15 YapıKrediBank 392 989,10
16 Premium Bank 368 165,00
17 Expressbank 277 809,00
18 BTB Bank 144 623,59
19 AFB Bank 140 946,47
20 VTB Bank 140 385,00
21 Bank Avrasiya 53 377,09
22 Bank Melli Iran 36 167,60
Məqalədə:
Xəbər lenti

Xəbər lenti