Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və pul bazarı alətlərinin xüsusi çəkisi 38,9%-ə bərabər olub.
Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il iyulun 1-nə nisbətən 14,4 faiz bəndi azdır.
Eyni zamanda hesabat dövründə ARDNF-nin investisiya portfelində səhmlərin payı isə 25,9% təşkil edib ki, bu da 2024-cü ilin ilk yarımilindəki göstərici ilə müqayisədə 0,2 faiz bəndi azdır.
Bundan başqa, Fondun investisiya portfelində qızılın payı 14,8%-dən (114,9 ton) 28,8%-ə (181,1 ton) yüksəlib.
Cari ilin ilk 6 ayında ARDNF-nin investisiya portfelində daşınmaz əmlak və infrastrukturun payı isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz bəndi artaraq 6,7%-ə çatıb.
İyunun sonuna ARDNF-nin investisiya portfelinin dəyəri 66,5 milyard ABŞ dolları təşkil edib ki, bu ötən ilin eyni dövrünə nisbətən 8,6 milyard ABŞ dolları və ya 14,8% artım deməkdir.