...

Bu ilin altı ayı üzrə bankların xalis mənfəətinə görə renkinqi

İqtisadiyyat Materials 23 İyul 2025 17:26 (UTC +04:00)
Bu ilin altı ayı üzrə bankların xalis mənfəətinə görə renkinqi
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəətinin həcmi açıqlanıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, xalis mənfəətinin həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın xalis mənfəətinin həcmi 155,472 milyon manat təşkil edib.

İkinci sırada 153,967 milyon manat xalis mənfəət ilə "Kapital Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 91,585 milyon manat xalis mənfəət ilə "PAŞA Bank" qərarlaşıb.

Xalis mənfəətinin həcmi ən az olan bank isə "Turan Bank" olub. Bankın xalis mənfəətinin həcmi 2,173 milyon manat təşkil edib.

“BTB Bank” isə hesabat dövrünü 1,699 milyon manat zərər ilə bağlayıb.

Banklar Xalis mənfəət (Min manat)
1 ABB 155 472,06
2 Kapital Bank 153 967,00
3 PAŞA Bank 91 585,00
4 Bank Respublika 27 899,31
5 Xalq Bank 26 622,83
6 AccessBank 20 940,00
7 YeloBank 19 702,05
8 Bank of Baku 14 135,16
9 ZiraatBank 10 136,30
10 AzərTürkBank 6 924,00
11 UniBank 6 888,08
12 RabitəBank 6 831,00
13 VTB Bank 6 319,00
14 Premium Bank 6 309,00
15 YapıKrediBank 4 881,41
16 Bank Avrasiya 4 416,83
17 Expressbank 4 297,85
18 Bank Melli Iran 3 224,55
19 Azərbaycan Sənaye Bankı 2 861,66
20 AFB Bank 2 718,45
21 Turan Bank 2 173,00
22 BTB Bank -1 699,00
Məqalədə:
Xəbər lenti

Xəbər lenti