Bakı. Trend:
Niderlandın ING bank qrupu Azərbaycanda 2028-ci ilə qədər inflyasiya səviyyəsi üzrə yenilənmiş proqnozunu ictimailəşdirib.
Trend xəbər verir ki, analitiklərin hesablamalarına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5,4 faiz təşkil edəcək, 2026-cı ildə 5,3 faiz olacaq, 2027-ci ildə isə onun kəskin artımı – 8,9 faizə qədər yüksələcəyi gözlənilir.
Rüblük kəsimdə 2025-ci il üzrə aşağıdakı göstəricilər proqnozlaşdırılır: üçüncü rübdə inflyasiya 4,8%, dördüncü rübdə isə 5,1% olacaq.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin ilk altı ayının yekununda illik inflyasiya 6 faiz təşkil edib.
Bu göstərici AMB-nin proqnozlarına uyğundur. Belə ki, ilin ilk altı ayı ərzində baza inflyasiyası 4,8 faiz təşkil edib.
Nominallı effektiv məzənnənin 1,9 faiz möhkəmlənməsi inflyasiyaya məhdudlaşdırıcı təsir göstərərək, onu 0,52 faiz bəndi azaltdı. Gözlənilir ki, 2025-ci ildə illik inflyasiya 5,7%, 2026-cı ildə isə 5,3% təşkil edəcək.