Bakı. Trend:
2025-ci ilin yanvar-iyul ayları ərzində DSMF-nin xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 375,0 mln. manat və ya 9,4% artıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, xərclərin 96,7%-ni əhaliyə ödənişlər təşkil edib.