...

4SİM və Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Materials 29 Sentyabr 2025 15:35 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən I"NMerge İnnovasiya Sammiti" çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyası (AİPA) arasında əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, sənədi 4SİM-in icraçı direktoru Fariz Cəfərov və AİPA-nın təsisçisi və sədri Zafer Küçükşabanoğlu imzalayıblar.

Sənəd “PASHA Holding” tərəfindən təşkil olunan “INMerge Innovation Summit” çərçivəsində imzalanıb.

İmzalanan sənəd 4SİM və AİPA arasında süni intellekt və dördüncü sənaye inqilabı texnologiyaları sahəsində əməkdaşlıq üçün çərçivə yaradır. Bu əməkdaşlıq çərçivəsində 4SİM və AİPA informasiya-kommunikasiya texnologiyaları, startap ekosistemi və ağıllı sənaye sahələrində birgə təşəbbüslər irəli sürəcək, eyni zamanda rəqəmsal iqtisadiyyat və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi ilə bağlı təcrübə mübadiləsi həyata keçirəcəklər.

Memorandum, həmçinin, Azərbaycan və Türkiyə arasında bu sahədə əlaqələrin güclənməsinə və beynəlxalq miqyasda əməkdaşlığın genişlənməsinə xidmət edəcək.

AİPA - süni İntellekt Siyasəti Assosiasiyası, 2021-ci ildə Türkiyədə təsis olunmuş və süni intellekt sahəsində fəaliyyət göstərən ilk qeyri-hökumət təşkilatlarından biridir. Assosiasiya süni intellekt üzrə siyasətlərin hazırlanması, diplomatiya, milli strategiyalar və sosial təsirlər mövzusunda araşdırmalar aparır, həmçinin ictimaiyyət, dövlət qurumları, universitetlər və özəl sektor arasında körpü rolunu oynayır. AİPA beynəlxalq əməkdaşlıqlarda da fəal iştirak edərək qlobal süni intellekt müzakirələrinə öz töhfəsini verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti