...

Türkiyə Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırıb

İqtisadiyyat Materials 31 Oktyabr 2025 17:17 (UTC +04:00)
Türkiyə Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar–sentyabr ayları ərzində Azərbaycandan Türkiyəyə 435,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr buraxılışına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 700 min ABŞ dolları və ya 0,2 faiz artıb.

Təkcə sentyabr ayında Azərbaycandan qeyd olunan ölkəyə 41,1 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da 2024-cü ilin sentyabrı ilə müqayisədə 600 min ABŞ dolları və ya 1,5 faiz çoxdur.

Oktyabr buraxılışında o da qeyd olunur ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracat həcmi 2024-cü ilin analoji dövrü ilə müqayisədə 7,7 faiz artıb və 2,6 milyard ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti