Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,620 milyard manat təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, cari ilin sentyabr ayının 1-i ilə müqayisədə 46,4 milyon manat və ya 2,9%, ötən ilin eyni dövrünə nisbətən isə 48 milyon manat və ya 3% çoxdur.
Belə ki, cari ilin sentyabr ayının 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,573 milyard manat, 2024-cü ilin oktyabrın 1-nə isə 1,572 milyard manat idi.
Qeyd edək ki, bu ilin oktyabr ayının 1-nə Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,545 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 452,8 milyon manat və ya 3%, ötən ilin eyni dövrünə nisbətən isə 1,1 milyard manat və yaxud 7,9% çoxdur.
