...

Mikro sahibkarlığa verilən kreditlərin həcmi məlum olub

İqtisadiyyat Materials 1 Noyabr 2025 16:16 (UTC +04:00)
Mikro sahibkarlığa verilən kreditlərin həcmi məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycanda mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,418 milyard manat təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, cari ilin sentyabr ayının 1-i ilə müqayisədə 71,6 milyon manat və ya 2,1%, ötən ilin eyni dövrünə nisbətən isə 466,2 milyon manat və ya 15,8% çoxdur.

Belə ki, cari ilin sentyabr ayının 1-nə Azərbaycanda mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,346 milyard manat, 2024-cü ilin oktyabrın 1-nə isə 2,952 milyard manat idi.

Qeyd edək ki, bu ilin oktyabr ayının 1-nə Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,545 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 452,8 milyon manat və ya 3%, ötən ilin eyni dövrünə nisbətən isə 1,1 milyard manat və yaxud 7,9% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti