Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 5,256 milyard manat təşkil edib.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4% azdır.
Bildirilib ki, DGK xətti ilə büdcə daxilolmaları proqnoza qarşı 96,8 faiz icra edilib.
