...

Azərbaycanda yeni mədənlərin işə salınması minlərlə vətəndaşın daimi işlə təmin olunmasına imkan yaradacaq - “AzerGold”

İqtisadiyyat Materials 14 Noyabr 2025 11:18 (UTC +04:00)
Azərbaycanda yeni mədənlərin işə salınması minlərlə vətəndaşın daimi işlə təmin olunmasına imkan yaradacaq - “AzerGold”
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində məşğulluğa cəlb edilmiş 2554 nəfərin 80%-dən çoxu məhz regionları, daha dəqiq desək, Gəncə-Daşkəsən iqtisadi rayonunu, xüsusilə də ucqar kəndləri təmsil edir. Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Kiçik Qafqaz regonunu əhatə edən digər bölgələrdə yeni mədənlərin işə salınması da eyni qaydada böyük əksəriyyəti regionları təmsil edən minlərlə vətəndaşın daimi işlə təmin olunmasına imkan yaradacaq.

Bunu Trend-in sorğusuna cavab olaraq "AzerGold"-dan bildiriblər.

“Qarabağ və Şərqi Zəngəzurda yeni yataqların işlənməsi dövlət başçısı, cənab İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində regionun sosial-iqtisadi dirçəlişinə, əhalinin dayanıqlı məskunlaşmasının və davamlı iqtisadi inkişafının təmin olunması istiqamətində qarşıya qoyulan hədəflərə xidmət edəcək. Dövlət Proqramında müəyyən edilmiş prioritet istiqamətlər nəzərə alınmaqla həyata keçiriləcək fəaliyyət sahələri regionda minlərlə yeni iş yerlərinin yaradılması ilə yanaşı, mədənçilik, geologiya və metallurgiya sahələri üzrə yerli kadr potensialının formalaşdırılmasına, eləcə də kiçik sahibkarlıq, logistika və əlaqəli digər sahələrin inkişafına mühüm töhfə verəcək”, - deyə şirkətdən bildiriblər.

Vurğulanıb ki, yeni mədənlərin işə salınmasının müsbət sosial təsiri, əlavə olaraq korporativ sosial məsuliyyət çərçivəsində icra ediləcək layihələrlə də təmin olunacaq: “Bölgədə təhsil, səhiyyə və idmanın inkişafına dəstək veriləcək, yerli icmaların rifahı yüksələcək, həmçinin sosial-iqtisadi imkanlar genişləndirilərək, dayanıqlı inkişafa davamlı töhfələr veriləcək.

Yeri gəlmişkən, “AzerGold” QSC aktiv hasilat və istehsalat işləri apardığı Daşkəsən və Göygöl rayonlarında, fəaliyyətinin ilk illərindən etibarən dayanıqlı və inklüziv inkişaf, idman və sağlamlıq, ətraf mühitin mühafizəsi, aqrar inkişaf, təhsil, maarifləndirmə, sahibkarlıq fəaliyyətinə dəstək, tarixi-mədəni irsin qorunması istiqamətləri üzrə çoxsaylı sosial layihələr həyata keçirir. Yerli icmaların rifahının yüksəldilməsi və bu sahədə həyata keçirilən dövlət proqramlarına dəstək məqsədi ilə icra edilən bu layihələrdən yüzlərlə icma üzvü faydalanır. Səhmdar Cəmiyyətinin xüsusilə ucqar kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı sahəsindəki təşəbbüsləri ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. “Milli Korporativ Sosial Məsuliyyət” mükafatına layiq görülən ilk dövlət şirkəti olan “AzerGold” bugünədək müxtəlif nominasiyalar üzrə təltif edilib.”

Xəbər lenti

Xəbər lenti