...

"Fitch" Azərbaycan banklarında xarici valyutada verilən kreditlərin payının azalmağa davam edəcəyini proqnozlaşdırır

İqtisadiyyat Materials 2 Dekabr 2025 14:27 (UTC +04:00)
"Fitch" Azərbaycan banklarında xarici valyutada verilən kreditlərin payının azalmağa davam edəcəyini proqnozlaşdırır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“Fitch” reytinq agentliyi Azərbaycan banklarının xarici valyutada verdiyi kreditlərin payının azalmağa davam edəcəyini və 2026-cı ilin sonuna ümumi kredit həcminin təxminən 12%-ni təşkil edəcəyini (2024-cü ilin sonuda 16% təşkil edib) gözləyir.

Bu barədə Trend “Fitch”ə istinadən xəbər verir.

Reytinq agentliyinin hesabatında qeyd olunur ki, buna manatın ABŞ dollarına effektiv bağlılığı və xarici valyutada kreditləşmə sahəsində sərt tənzimləyici tədbirlər təsir göstərəcək.

“Hesab edirik ki, müştəri depozitlərinin dollarlaşması yüksək səviyyədə qalacaq (2025-ci ilin üçüncü rübünün sonu: 44%), və əhəmiyyətli makroprudensial təşəbbüslər olmadıqda dollarsızlaşma prosesi tədrici səciyyəli qalmağa davam edəcək”, -deyə hesabatda deyilir.

“Fitch”in Azərbaycan bank sektoru üzrə “neytral” proqnozu, kredit genişlənməsinin yavaşlamasına baxmayaraq, 2026-cı ildə davamlı maliyyə göstəricilərinin qorunub saxlanacağı gözləntilərini əks etdirir (2026F: 2,5%; 2025: 2,3%), ilk növbədə qeyri-neft sektorunun hesabına.

“Hələ də yüksək, lakin azalmaqda olan marjalarla dəstəklənən sağlam bank mənfəətliliyi proqnozlaşdırılan mülayim kredit riski volatilliyindən etibarlı qorunma təmin etməlidir. Maliyyələşdirmə və likvidlik şəraitinin əsasən dəyişməz qalacağı gözlənilir”, – hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, 2021–2024-cü illərdə kredit portfelinin orta hesabla 18% artımından sonra, 2026-cı ildə kredit artım tempi yüksək tək rəqəmli göstəricilərə enəcək, əsas artım isə pərakəndə seqment hesabına təmin olunacaq.

“Bu yavaşlama, ev təsərrüfatlarının borc yükünün artması və tənzimlənmənin sərtləşməsi, o cümlədən pərakəndə kreditlər üçün yüksək normativ risk nisbətləri və yeni tətbiq edilmiş kredit kartı limitləri üzrə məhdudiyyətlər hesabına pərakəndə seqmentdə böyümə imkanlarının azalmasını əks etdirir”, - “Fitch” aydınlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti