...

AYİB Türkiyədə KOB-a dəstək məqsədilə türk bankına kredit ayıracaq

İqtisadiyyat Materials 3 Dekabr 2025 15:28 (UTC +04:00)
AYİB Türkiyədə KOB-a dəstək məqsədilə türk bankına kredit ayıracaq
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədə kiçik və orta biznesə dəstəyi genişləndirmək, o cümlədən inklüziv artım və rəqəmsal investisiyaları inkişaf etdirmək məqsədilə “Akbank”a 130 milyon ABŞ dolları (112,4 milyon avro) məbləğində maliyyələşmə təqdim edib.

Trend bu barədə AYİB-ə istinadən xəbər verir.

Məlumata görə, maliyyələşmə paketi AYİB-in üç proqramı üzrə dəstəyi əhatə edir:

  • “Türkiye Women in Business II” proqramı çərçivəsində qadınların rəhbərlik etdiyi KOB-ların kreditləşdirilməsi üçün 70 milyon ABŞ dollarınadək (60,5 milyon avro) kredit;
  • Türkiyədə “Youth in Business” proqramı üzrə gənclərə məxsus KOB-ların maliyyələşdirilməsi üçün 50 milyon ABŞ dollarınadək (43,2 milyon avro) kredit;
  • “Türkiye Digital Transformation Financing Facility” çərçivəsində Türkiyənin istehsal sahəsində fəaliyyət göstərən KOB-ların rəqəmsal transformasiya üzrə investisiyalarını dəstəkləmək məqsədilə 10 milyon ABŞ dolları (8,6 milyon avro) məbləğində kredit.

"Müqavilə Avropa İttifaqının EFSD+ çərçivəsində "Growth4All" zəmanəti vasitəsilə ilkin itkilərin qarşılanması, eləcə də Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi tərəfindən Türkiyə Kiçik və Orta Biznesin İnkişafı Təşkilatı (KOSGEB) və Kredit Zəmanət Fondu (KGF) vasitəsilə dəstəklənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti