Bakı. Trend:
Azərbaycan və Cənubi Koreya mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" hesabında paylaşım edib.
“Koreya Respublikasına işgüzar səfər çərçivəsində Koreya Mərkəzi Bankının sədri Çanq Yonq Ri ilə görüş keçirdik. Görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, dayanıqlı maliyyə məsələlərini müzakirə etdik. Bundan əlavə, sektorda texnoloji həllərin və yanaşmaların tətbiqi, dair təcrübələri nəzərdən keçirdik. Görüşdə həmçinin Azərbaycan və Koreya mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mərkəzi bankçılıq sahəsində təcrübə və biliklərin paylaşılmasına dair fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd edilib.
