...

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 25 milyard manatı ötüb

İqtisadiyyat Materials 4 Dekabr 2025 15:45 (UTC +04:00)
Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 25 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar - noyabr aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 25 milyard 54,4 milyon manat olub.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,9 milyard manat, yaxud 13,1 faiz çoxdur.

Bildirilib ki, indiyədək ölkə ərazisində 109.611 ədəd belə NKA quraşdırılıb.

"İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti