...

"ING Group" 2025-2027-ci illər ərzində Azərbaycanda inflyasiya səviyyəsi ilə bağlı proqnozlarını verib

İqtisadiyyat Materials 5 Dekabr 2025 09:59 (UTC +04:00)
"ING Group" 2025-2027-ci illər ərzində Azərbaycanda inflyasiya səviyyəsi ilə bağlı proqnozlarını verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın “ING Group”un qiymətləndirmələrinə görə, 2025 və 2026-cı illərdə Azərbaycanda inflyasiya 5,7% səviyyəsində gözlənilir.

Trend bu barədə qrupa istinadən xəbər verir.

Şirkətin proqnozlarına əsasən, 2027-ci ildə ölkədə inflyasiya 8,9 faizə yüksələcək.

2026-cı il üzrə rüblük inflyasiya proqnozu aşağıdakı kimidir:

I rüb — 5,7%,

II rüb — 5,9%,

III rüb — 5,7%,

IV rüb — 5,7%.

ING Group 2025-ci ilin IV rübünün sonunda inflyasiyanın 5,8% olacağını gözləyir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2025–2026-cı illərdə illik inflyasiyanın hədəf dəhlizi olan 4±2% hüdudlarında qalacağını proqnozlaşdırır.

AMB-nin oktyabr proqnozunda 2025-ci il üçün inflyasiya 6% səviyyəsində qiymətləndirilir. Ayrı-ayrı amillərin bu göstəriciyə təsiri aşağıdakı kimidir:

AMB vurğulayır ki, bu proqnozların reallaşması həm daxili, həm də xarici amillərin dinamikasından asılı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti