...

Gələn ilin büdcə layihəsində dəyişiklik edilib, bir sıra xərclər artırılır

İqtisadiyyat Materials 9 Dekabr 2025 11:16 (UTC +04:00)
Gələn ilin büdcə layihəsində dəyişiklik edilib, bir sıra xərclər artırılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Tərəfinizdən səsləndirilən bəzi təkliflər, həmçinin müzakirələr ərəfəsində bir neçə büdcə təşkilatının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda müvafiq dəyişikliklər əlavə maliyyə təminatı tələb edir. Yaranmış əlavə maliyyə ehtiyacının qarşılanması üçün “2026-cı ilin dövlət büdcəsi haqqında” qanun layihəsində dəyişikliklərin edilməsi təklif olunur.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, bu dəyişikliklər bir tərəfdən büdcə qaydasının tələblərini nəzərə alır, digər tərəfdən də növbəti ilin dövlət büdcəsinin və icmal büdcənin gəlir və xərcləri çərçivəsində nəzərdə tutulur. Başqa sözlə, büdcənin ümumi parametrləri dəyişməz olaraq qalır.

“Müdafiə və milli təhlükəsizlik, hüquq-mühafizə xərcləri üzrə bəzi maddələrin əlavə olaraq 47,8 milyon manat artırılması təklif olunur.

Ərzaq və qida təhlükəsizliyi çərçivəsində heyvanlar arasında yoluxucu xəstəliklərə və epizotiya əleyhinə peyvəndləmə işləri üçün əlavə 3 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur.

Bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və onların maddi texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı 1,2 milyon manat vəsaitə ehtiyac yaranıb.

Sadaladığımız və cəmi 52 milyon manat təşkil edən bu xərclər dövlət büdcəsinin müvafiq ehtiyatları hesabına təmin olunacaq.

Bununla yanaşı bəzi təşkilatların təklifləri əsasında onların xərclərinin optimallaşdırılması səbəbindən iqtisadi təsnifata uyğun olaraq 13,2 milyon manat məbləğində maddələrarası yerdəyişmələrin aparılmasına ehtiyac var.

Həmkarlarımız tərəfindən qaldırılan məsələlərin bir qisminin prioritetlik prinsipi üzrə dövlət investisiya xərcləri hesabına həll ediləcəyi nəzərdə tutulur. Məlumat üçün qeyd edim ki, növbəti ildə dövlət investisiya proqramı üçün 2,7 milyard manat vəsait planlaşdırılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti