...

SOCAR və “MVM Group” regional enerji təhlükəsizliyi üzrə əməkdaşlığı dərinləşdirir (FOTO)

İqtisadiyyat Materials 10 Dekabr 2025 16:08 (UTC +04:00)
SOCAR və “MVM Group” regional enerji təhlükəsizliyi üzrə əməkdaşlığı dərinləşdirir (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

10 dekabr 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “MVM Group”un baş icraçı direktoru Karoly Matrai ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Görüşdə şirkətlər arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, cari layihələr və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər qaz tədarükü, infrastruktur layihələri, davamlı enerji həlləri və regional tərəfdaşlıq istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Görüş çərçivəsində SOCAR ilə “MVM ONEnergy” arasında təbii qaz təchizatına dair yeni saziş imzalanıb. 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək saziş Azərbaycan ilə Macarıstan arasında strateji enerji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.

Təbii qaz təchizatına dair yeni saziş şirkətlər arasında əvvəlki müqavilə əsasında hazırlanıb. Son illər ərzində hər iki şirkət uğurlu, etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini davam etdiriblər. Tərəfdaşlığın uzadılması hər iki tərəfin uzunmüddətli enerji əməkdaşlığına və regional enerji təhlükəsizliyinə sadiqliyini əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti