...

Mərkəzi Bankın gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər məlum olub

İqtisadiyyat Materials 25 Dekabr 2025 08:40 (UTC +04:00)
Mərkəzi Bankın gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla ictimaiyyətə təqdim ediləcək.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan" qəzetində dərc edilən "Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı"nda bildirilib.

Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə fevralın 4-də, aprelin 2-də, mayın 6-da, iyunun 24-də, avqustun 5-də, sentyabrın 23-də, noyabrın 4-də və dekabrın 23-də açıqlanacaq.

"2026-cı ilin 4 fevral, 6 may, 5 avqust və 4 noyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcəkdir. Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcəkdir", - məlumatda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti