...

Azərbaycanda iri sahibkarlığa verilən kreditlər 8,3 milyard manatı ötüb

İqtisadiyyat Materials 29 Dekabr 2025 11:22 (UTC +04:00)
Azərbaycanda iri sahibkarlığa verilən kreditlər 8,3 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,364 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, cari ilin noyabr ayının 1-i ilə müqayisədə 78,3 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrünə nisbətən isə 72,9 milyon manat və ya 0,9% çoxdur.

Belə ki, cari ilin noyabr ayının 1-nə Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,285 milyard manat, 2024-cü ilin dekabrın 1-nə isə 8,291 milyard manat idi.

Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda bankların kredit portfeli 1% vә ya 281,7 milyon manat artaraq 29,685 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,2% (15,805 milyard manat), istehlak kreditlәri 31,4% (9,319 milyard manat) vә ipoteka kreditlәri 15,4% (4,562 milyard manat) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti