Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxracı İdarəsinin ixracdan əldə etdiyi gəlirləri 61,7 milyon ABŞ dolları təşkil edib.
Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr buraxılışına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə sözügedən idarə ixracdan gəlir əldə etməyib.
Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi lider mövqedədir. Siyahıda növbəti yerlərdə SOCAR Polymer MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, SOCAR-ın Qaz İxracı İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İstisu” Mineral Su Zavodu MMC, həmçinin Naxçıvan Muxtar Respublikasının Enerji Xidməti yer alır.
