...

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası tədarük olunacaq - BU TARİXDƏ

İqtisadiyyat Materials 7 Yanvar 2026 18:53 (UTC +04:00)
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası tədarük olunacaq - BU TARİXDƏ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.

Trend xəbər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.

Qeyd edək ki, dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. Belə ki, 22 sistern vaqona yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti